Əlaqə Arxiv
news Image
2020.01.29
19:35
| A A A
Məzahir Pənahov parlament seçkilərində analoqu olmayan hal haqda

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Mövqe.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 58 344 nəfərə çatıb.

MSK sədri bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və rəqəmlər artacaq. Proses başa çatdıqdan sonra ictimaiyyətə ümumi məlumat veriləcək.

Məzahir Pənahov onu da vurğulayıb ki, növbədənkənar parlament seçkilərində analoqu olmayan hal qeydə alınıb: "Beynəlxalq müşahidəçilərlə bağlı çoğrafi baxımdan analoqu olmayan hal yaşanıb. Dünya ölkələrinin böyük əksəriyyəti öz müşahidəçilərini Azərbaycana göndərir".

Sizin Reklam Yeriniz