Əlaqə Arxiv
news Image
2020.02.18
10:26
| A A A
Koronavirus şübhəsi ilə xüsusi ayrılan müəssisədə saxlanılan 1 nəfər bu gün evə buraxılacaq

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb. 

Mövqe.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan 2 tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı problem aşkarlanmayıb.

"Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır və heç bir şikayəti yoxdur", - məlumatda bildirilib.

Sizin Reklam Yeriniz