Əlaqə Arxiv
news Image
2020.02.18
13:19
| A A A
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İspaniyada ezamiyyətdə olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və Texnologiya şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülşən Poladova İspaniyada ezamiyyətdə olmuşlar.

Onlar Sen Lorenso de El Eskorialda yerləşən Mariya Kristina Kral Universiteti mərkəzində keçirilən "Impact Of Chromatin Domains On Plant Phenotypes" adlı konfransda məruzə ilə çıxış etmişlər. Tədbirdə, həmçinin Avropa və Amerikanın aparıcı elmi mərkəzlərindən olan alim və mütəxəssislər iştirak etmişlər.

Konfransda DNT markerlər, yeni nəsil molekulyar-genetik üsulların tətbiqi və istifadəsi barədə geniş məlumatlar əldə edilmiş və müzakirələr aparılmışdır. Sonda İspaniya kralı II Filipin inşa etdirdiyi orta əsr qəsrinə səyahət təşkil edilmiş və iştirakçılar burada olan memarlıq və rəssamlıq sənətinin nadir nümunələri ilə tanış olmuşlar.

Sizin Reklam Yeriniz