Əlaqə Arxiv
news Image
2020.02.18
16:13
| A A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 18-də Salyan rayonundan olan vətəndaşları qəbul edib.

Əvvəlcə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Biləsuvar rayon sakinləri ilə görüşüb.

Müraciətlər dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmaların layihələrinin maliyyələşdirilməsi və məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi kimi məsələləri əhatə edib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı fevralın 20-də Şirvan şəhər Gənclər Evində şəhər sakinləri ilə görüşəcək.

Sizin Reklam Yeriniz