Əlaqə Arxiv
news Image
2020.02.19
17:05
| A A A
MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.

Trend-in məlumatına görə, MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz