news Image
2020.02.20
18:46
| A A A
"20 Yanvar" dairəsi istiqamətində avtobusların hərəkətinə məhdudiyyət qoyulub - Tıxac var

Bakının M.Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.Agentlikdən Mövqe.az-a verilən məlumata görə, bu isə öz növbəsində həmin küçədən keçən 7B, 14,18,102,114A,114B,159,165,193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir.Hazırda avtobuslar "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Zərdabi küçəsindən geriyə dönməklə təşkil edilib. Buda iritutumlu avtobusların hərəkətinə maneə yaradır. Avtobuslar hazirda gecikmə ilə hərəkət edirik ki, buda sərnisinlərin uzun muddət dayanacaqda qalaraq vaxt itirməsinə səbəb olur. Eyni zamanda dayanacaq məntəqəsində insanların çox toplanması onların yolun hərəkət hissəsinə çıxmasına rəvac verir. Nəticədə hərəkət təhlükəsizliyi səviyyəsi aşağı düşür.