Əlaqə Arxiv
news Image
2020.02.21
16:40
| A A A
Bu rayonda yaşı keçmiş ağaclar daha çoxdur

"Bakı şəhərində yaşıllıqlar, əsasən, 60-80-ci illərdə salındığından mövcud yaşıllıqların ən azı 50-60 yaşı var".

Mövqe.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov deyib.

Onun sözlərinə görə, yaşı ötmüş ağaclar, əsasən, Nizami rayonunda, "8-ci kilometr" ərazisi kimi tanınan yerdədir: "Belə ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyindən sonra mümkün olur".

Baş mühəndis bildirib ki, yaşı ötmüş ağacların dekorativ nöqteyi-nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləklərin təsirindən sınması, eybəcər hala düşməsi qanuni haldır.

İcra nümayəndəsi vurğulayıb ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına qərar verilməsinə böyük dəstək olacaq: "Məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq olaraq ağac və kol növlərinin seçərək əkilməsinə nail olaq. Bu vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir".

Sizin Reklam Yeriniz