news Image
2013.07.01
15:04
| A A A
Bakı Metropoliteni üçün yeni torpaq sahələri ayrılıb

Bakı Metropoliteni üçün paytaxtın bir neçə rayonunda yeni torpaq sahələri ayrılıb.


Mövqe.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, hökumətin qəbul etdiyi bu qərar yeni obyektlərin tikintisi üçün nəzərdə tutulub.

 

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qərarda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi,1065-ci məhəllədə yeni metro stansiyasının tikintisi üçün 3,2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi,3126/27 məhəllədə mövcud II xəttin "Dərnəgül" elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində "Xocəsən" elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilməlidir.

 

Bakı Metropoliteninə isə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini isə müvafiq qanuna uyğun olaraq həyata keçirmək və məsələ ilə bağlı öz təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.