Əlaqə Arxiv
news Image
2020.02.26
18:52
| A A A
“Azərişıq” ASC-də Xocalı faciəsinin 28- ci ildönümü ilə bağlı tədbir keçirilib

“Azərişıq” ASC-də Xocalı faciəsinin 28- ci ildönümü ilə bağlı tədbir keçirilib.

Öncə Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə “Azərişıq” ASC sədrinin müavini R. Yusifov açaraq Xocalı faciəsi qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığı, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən beynəlxalq ali tribunalardan bu soyqırımın dünya ictimaiyyətinə dəfələrlə çağırışlar edildiyini bildirib. Həmçinin, iştirakçılara Xocalı faciəsinin 28-ci ildönümünün hər il olduğu kimi xalqımız tərəfindən ehtiramla yad edildiyi və bu milli, vətənpərvərlik ruhunda gənc nəslin tərbiyə edilməsi və mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi olaraq Səhmdar Cəmiyyət tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi haqda məlumat verdi.

“Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzov və İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan Xocalı faciəsi soyqırımı qurbanlarının, müstəqillik uğrunda canından keçmiş bütün şəhidlərimizin gənc energetiklərin həyat və fəaliyyətlərində əsl vətənpərvərlik nümunəsi olmasını qeyd edərək,Xocalı faciəsi qurbanlarının Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.

Sizin Reklam Yeriniz