news Image
2020.02.26
19:23
| A A A
Elm Tarixi İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ)  Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru,tarix elmləri doktoru Məryəm Seyidbəyli Xocalı faciəsinin bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğunu bildirib.Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışan İnstitut direktoru bu işdə alim və ziyalıların üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Daha sonra Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasət üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Ümumi işlər üzrə direktor müavini Kamran Səfərov, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər.Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı hələ əsrin əvvəllərindən  xalqımıza qarşı törədilən kütləvi qırğınların davamıdır.Faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayan natiqlər soyqırımı aktının ilk növbədə Azərbaycan Respublikası Parlamenti tərəfindən tanınmasının, hadisəyə lazımi hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini bildiriblər.