news Image
2013.07.02
10:45
| A A A
Səlim Müslümov vətəndaşların növbəti qəbulunu keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Ağcabədidə 11 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.


Mövqe.az-ın DSMF-nin İctimaiyyətlə əlaqə sektoruna istinadən verdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 10 iyul 2013-cü il tarixdə, saat 11:00-da Fondun Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Zərdab, Beyləqan, Laçın, Füzuli, Xocalı, Xocavənd və İmişli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.


Qəbulda iştirak edəcək vətəndaşların iyulun 12-də Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağcabədi şəhərinə aparılıb gətirilmələri təmin olunacaqdır. Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün info@sspf.gov.az elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:


Fondun Aparatında (012) 434-12-34;


Ağcabədi rayon şöbəsində (02127) 5-50-54;


Bərdə rayon şöbəsində (02020) 5 -71- 11;


Tərtər rayon şöbəsində (02223) 6-16-17;


Ağdam rayön şöbəsində (02632) 5-02-52;


Zərdab rayon şöbəsində (02029) 6-60-66;


Beyləqan rayon şöbəsində (02122) 5-29-63;


Laçın rayon şöbəsində (02621) 7-84-28;


Füzuli rayon şöbəsində (02631) 5-54-06;


Xocalı rayon şöbəsində (02224) 7-44-14;


Xocavənd rayon şöbəsində (02122) 5-52-17;


İmişli rayon şöbəsində (02124) 6-35-01.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs