Əlaqə Arxiv
news Image
2020.02.28
18:50
| A A A
TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Mövqe.az-ın məlumatına görə, Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, yayılan görüntü şayiədir:

"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O, sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".

Sizin Reklam Yeriniz