Əlaqə Arxiv
news Image
2013.07.02
13:12
| A A A
Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Qusar, Qobustan, Xətai, Sabunçu və Binəqədi rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

 

ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar  saat 18:00-dək "Qusar" və "Ərəbqədim" Qazpaylayıcı stansiyaları, "Sulutəpə" Qazpaylayıcı Stansiyasından qidalanan "Biləcəri" ölçü qovşağı və "Sulutəpə-Çiçək" orta təzyiqli qaz kəmərində qazın verilməsi dayandırılacaq.

 

Eyni zamanda saat 19:00-dək "Maştağa" Qazpaylayıcı Stansiyasından qidalanan "Maştağa-Nardaran" əhali xətti və "Keşlə" Qazpaylayıcı Stansiyasından qidalanan "Xətai" orta təzyiqli qaz kəmərində təbii qaz kəsiləcək.

 

Qeyd edək ki, təmir işləri aparılan müddətdə Qusar rayonuna, Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinə, Xətai rayonunun UPD və NZS yaşayış sahələrinə, Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinə və Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Sizin Reklam Yeriniz