Əlaqə Arxiv
news Image
2013.07.02
13:26
| A A A
Bu gün Nərimanov rayonuna su fasilələrlə verilir

Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yeni çəkilmiş 280 mm diametrili su xəttinin Akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır.


Mövqe.az "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinə istinadən bildirir ki, bununla əlaqədar 02 iyul 2013-cü tarixdə gün ərzində Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcək.


Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Sizin Reklam Yeriniz