Əlaqə Arxiv
news Image
2013.07.02
15:18
| A A A
Azərbaycanda müəllim çatışmayan rayonların siyahısı açıqlanıb

Azərbaycanda müəllim çatışmayan rayonların adları açıqlanıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, nazirlik tərəfindən bu gün müəllimlərə daha çox ehtiyac duyulan rayonlar müəyyənləşdirilib. Onun sözlərinə görə, Azərbaycanda ən çox müəllimə Cəlilabad, İmişli, Yardımlı, Lerik, Masallı, Gədəbəydə ehtiyac duyulur: "Bu rayonların hər birində 100-dən çox müəllimə ehtiyac var. Digər rayonlarda isə bu say nisbətən azdır. Müəllimlərin çatışmadığı rayonların bəziləri dağlıq rayonlar olduğu üçün burada müəllimlərə həmişə ehtiyac yaranır".

 

F. Qədirov qeyd edib ki, son illərdə kadr təminatı sahəsində aparılan islahatlar nəticəsində ölkənin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərinə olan ehtiyac ödənilib. Onun sözlərinə görə, ancaq tədris ili ərzində hər hansı bir ibtidai sinif müəllimi işdən çıxarsa, sosial məzuniyyətə gedərsə, başqa bir hadisə baş verərsə, yeni müəllimi işə götürmək mümkün olmadıqda digər ibtidai sinif müəlliminin həmin sinfi idarə etməsi zərurəti yaranır: "Müəllimlərin işə qəbulu üzrə yeni qaydalarda da nəzərdə tutulub ki, ümumilikdə əgər şərait varsa, ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda, təhsili idarəetmə orqanlarının və ya təhsil müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması nazirliyin razılığı ilə həyata keçirilir". 


Sizin Reklam Yeriniz