news Image
2013.07.03
13:44
| A A A
Avropadan gətrilən avtomobillərin qiymətində dəyişikliklər olacaq
Samir Əliyev: «Xarici bazarda qiymətlərdə müəyyən dəyişikliyin olması ölkəmizdə də avtomobil bazarına müəyyən təsir etməlidir» Nicat Hacızadə: «Avropada avtomobil istehsal edən şirkətlərdə artıq öz istehsalatlarını azaldıblar»

Məlum böhran səbəbindən Avropada avtomobil sənayesi də özünün ağır günlərini yaşayır. Burada avtomobillərin həm istehsal, həm də satış həcmində ciddi azalmalar müşahidə olunur. Ölkəmizin Avropa itsehsalı olan maşınların əsas alıcılarından biri qismində yer alması nəzərə alınarsa, baş verənlərin Azərbaycana hansı formada təsir göstərəcəyi xüsusi maraq doğurur. Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçi-ekspert Samir Əliyev qeyd edir: "Azərbaycan avtomobil idxalçısıdır. Bizə avtomobillər xaricdən gəlir. Ona görə də xarici bazarda qiymətlərdə müəyyən dəyişikliyin olması ölkəmizdə də avtomobil bazarına müəyyən təsir etməlidir. Xüsusən də nəzərə alsaq ki, avtomobil ixrac edən ölkələrdə milli valyutaların ucuzlaşması həmin ölkələrdə istehsal olunan avtomobillərin qiymətinə təsir göstərir. Məsələn, Yapon yenası nə qədər möhkəmlənird,i bu da yapon istehsalı olan maşınların bahalaşmasına səbəb olurdu. Bu il yapon valyutasında kəskin ucuzlaşma müşahidə olundu. Və bu hal həmin ölkənin avtomobillərinin qiymətlərinin də dəyişməsinə səbəb oldu. İndi isə Avropada avronun ucuzlaşması birbaşa Almaniya, Fransa istehsalı olan avtomobillərin ucuzlaşmasına səbəb olur. Ancaq məsələ ondan ibarətdir ki, Azərbaycanda avtomobil bazarında qiymət fərqliliyi heç də xarici ölkələrdə baş verən proseslərlə əlaqədar deyil. Təbii ki, avronun ucuzlaşması bizdə olan avtomobillərin müəyyən dərəcədə qiymət bahalaşmasına gətirib, çıxarır".


İqtisadçı ekspert Nicat Hacızadə isə bildirir: "Avropada baş verən son maliyyə böhranından dolayı avtomobillərin qiyməti tələbatdan asılı olaraq xeyli aşağı düşüb. Avtomobil istehsal edən şirkətlərdə artıq öz istehsalatlarını azaldıblar. Bu da böhrandan asılı olaraq Avropada baş verən işsizlik, gəlirlərin azalması ilə izah olunur. Əsasən də, Yunanıstan, İtaliya və İspaniyaya avtomobil sahəsinə böyük ziyanlar dəyib, əvvəlki illərlə nisbətdə qeyd olunan ölkələrdə avtomobil satışı 2.2 % azalıb və bu azalmanın davam edəcəyi gözlənilir. Buna baxmayaraq, bu tendensiya Böyük Britaniya və Almaniyaya təsir etməyib, əksinə satışlarını 2.5 % artırıb. Qalan Avropa ölkələrində isə bazar durğundur, tezliklər zavodların bağlanacağı gözlənilir. Amma bu halın Azərbaycana təsir edəcəyini gözləmirəm. Hətta Azərbaycan Avropada mailyyə böhrnı olan zaman öz stabil sürətli iqtisadi göstəricilərini qoruyub saxlamışdır. O cümlədən bu, Avropadan Azərbaycana gətiriləcək avtomobillərin qiymətinə çox güclü təsir göstərməyəcək. Qiymətlərdə bahalaşma olmayacaq".