Əlaqə Arxiv
news Image
2020.03.15
19:22
| A A A
Binəqədi Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradıldı
Bakı şəhəri Binəqədi rayonu ərazisində iri supermarket və digər ticarət obyektlərində profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətində 15.03.2020-ci il tarixində operativ qərargah yaradılaraq, ərazidə müavinlər və şöbə müdirləri, QİƏD , SİƏD və bələdiyyələr arasında bölgü aparılmşdır. Operativ qərargahın tərkibinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da cəlb edilmişdir. Bölgüyə uyğun olaraq ərazidə maarifləndirmə, monitorinq işləri saat 15.03.2020-ci il tarixində saat 10:00 radələrindən başlanılmışdır. Görülmüş işlərə mütəmadi nəzarəti təşkil etmək məqsədi ilə vatsap mobil şəbəkədə "Operativ Məlumatlar" qrupu yaradılmış və ərazidə yerləşən səhiyyə müəssisələri ilə mütəmadi informasiya mübadiləsi aparılmışdır. Gün ərzində 14:00-dək 150 ticarət və digər xidmət obyektlərində maarifləndirmə işləri aparılmış və görülməsi zəruri olan prafilaktik tədirlər barədə tapşırıq verilmişdir. İlkin olaraq Binəqədi rayonu, Azadlıq prospektində yerləşən "Atrium" uşaq əyləncə mərkəzi, "Bakı Tennis Akademiyası", "Çempion idman klubu", Elit ticarət mərkəzi və bir neçə fitnes klublarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bundan başqa Binəqədi rayon İcra Hakimiyyəti "Sakinlərin müraciət xidməti "16-46" vasitəsilə sakinlərin mobil telefonlarına sms göndərməklə və rayonun rəsmi facebook səhifəsi vasitəsilə maarifləndirmə işləri aparılır, video-çarxlar nümayiş etdirilir. İctimai-iaşə obyektlərində axşam saat 21:00-dək işləməsi ilə bağlı monitorinq aparılır və hüquq-mühafizə orqanlarının köməkliyi ilə müvafiq tədbirlər görülür. Maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Sizin Reklam Yeriniz