Əlaqə Arxiv
news Image
2020.03.25
11:38
| A A A
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir. Belə ki, rayon ərazisində 25.03.2020 –ci il tarixə ümumilikdə 500-ə yaxın pərakəndə ticarət, ictimai iaşə və digər xidmət obyektlərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün fərdi qaydada görüşlər aparılmış, Sakinlərin Müraciət Xidməti (1646) vasitəsilə sakinlərin mobil telefonuna sms göndərilmiş və rayon icra hakimiyyətinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə bu sahədə mütəmadi maarifləndirmə işləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə tərəfimizdən mütəmadi müşahidələr aparılır.Eyni zamanda 65 yaşdan yuxarı sakinlərin təhlükəsizliyinin təmin edilməsi və gigiyenik qaydalara əməl edilməsi üçün tərəfimizdən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, eyni zamanda Binəqədi YAP təşkilatının könüllüləri ilə birlikdə 100-ə yaxın ahıl şəxslərlə görüş keçirilmiş və onlara infeksiyadan qorunmaq üçün gigiyenik vasitələr verilmişdir. Bundan başqa infeksiyanın yayılması hallarının qarşısının alınması üçün müvafiq tapşırıqlara əsasən Binəqədi MKTB tərəfindən 402 coxmənzilli binanın 1384 girişi və onların həyəti, 674 məişət tullantısı konteyner meydançası, 7 istirahət parkının ərazisi, məcburi köçkünlərin məskunlaşdığı 42 yataqxana binası, 40 kooperativ bina 25.03.2020- ci il tarixə 3 dəfə dezinfeksiya edilmişdir.Dezinfeksiya işlərinin həyata keçirilməsi üçün 55 ədəd dərman səpən aparat və 80 ədəd xüsusi geyim, 500 kq xloremin, 200 litr benzol, 50 litr bioksena dərman preparatları alınmışdır.Dezinfeksiya işlərinin daha səmərəli davam etdirilməsi məqsədilə 3 ədəd yeni müasir dərman səpən aparat alınmışdır. Hal-hazırda bu işlərin rayonun qəsəbələrində də davam etdirilməsi üçün 2 ədəd iritonnajlı xüsusi nəqliyyat vasitələri cəlb edilməklə zəruri tədbirlər həyata keçirilir.
Sizin Reklam Yeriniz