Əlaqə Arxiv
news Image
2020.03.25
16:08
| A A A
Nəsimi rayonu ərazisində dezinfeksiyaedici tədbirlər davam etdirilir
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı başlanılmış dezinfeksiya işləri ilə əlaqədar təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunurlar. Yeni tədarük olunmuş müasir avadanlıq və mexanizmlər görülən işlərin səmərəsini daha da artırmışdır. 24 mart 2020-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası olaraq bu istiqamətdə görülən işlər monitorinqlər və təhlillər aparılaraq təkmilləşdirilir.
Sizin Reklam Yeriniz