Əlaqə Arxiv
news Image
2013.07.05
16:50
| A A A
Təhsil Nazirliyi 23 saxta diplom aşkarlayıb
Təhsil Nazirliyi xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilmiş 23 saxta diplom aşkarlayıb

Təhsil Nazirliyi xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların  diplomlarının tanınması üçün nazirliyə daxil olan sənədlərin sayını açıqlayıb.


Təhsil Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, 01.01.2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.

 

Nazirlik saxta diplomların daha çox hansı ölkələrin ali təhsil müəssisələrinin adından verildiyini də açıqlayıb.

 

Belə ki, nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib.

 

Saxta diplomların, əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb.

 

Sizin Reklam Yeriniz