Əlaqə Arxiv
news Image
2020.03.26
11:42
| A A A
"IDEAL perfumery&cosmetics" koronavirusla mübarizəyə 200 000 manat ayırıb

Fəaliyyət strategiyasında öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və məmnuniyyətinə xüsusilə önəm verən IDEAL perfumery&cosmetics ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün dünyada yayılmış COVİD-19 infeksiyasına qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə öz dəstəyini göstərib.

Mövqe.az-ın məlumatına görə, IDEAL perfumery&cosmetics koronavirusun geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaq məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat vəsait ianə edib.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyasının hazırda sürətlə genişləndiyini nəzərə alaraq IDEAL perfumery&cosmetics bütün vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən irəli sürülən preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə və həmrəy olmağa çağırır.

Qeyd edək ki, IDEAL perfumery&cosmetics mağazalar şəbəkəsi "Adore Kompani" MMC-yə daxildir.

Sizin Reklam Yeriniz