Əlaqə Arxiv
news Image
2020.03.26
14:26
| A A A
Multikulturalizm Mərkəzi yardım aksiyası keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Azərbaycanda fəaliyyət göstərən etnik icmaların yaşlı üzvlərinə maddi yardım aksiyası keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Mövqe.az-a bildirilib ki, mart ayının 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları tərəfindən ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində bir ailə kimi birgə yaşayan etnik qrupların yaşlı nümayəndələrinə, onların yaşadıqları mənzillərdə Mərkəzin maliyyə vəsaiti hesabına gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim edilib.

Sizin Reklam Yeriniz