news Image
2020.03.26
15:11
| A A A
"IV qrant müsabiqəsi"nə sənəd qəbulunun vaxtı uzadıldı

"Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılıb.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat 18:00-dək uzadılıb.

Müsabiqə üzrə yaranan suallarla bağlı grants@edu.gov.az elektron ünvanına müraciət edə bilərsiniz.