Əlaqə Arxiv
news Image
2020.03.26
19:57
| A A A
Gənclər Fondu 14-cü qrant müsabiqəsinin nəticələrini apreldə açıqlayacaq

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Gənclər Fondu tərəfindən keçirilmiş 14-cü qrant müsabiqəsinin nəticələri aprelin sonuncu həftəsində açıqlanacaq.

Bu barədə Mövqe.az-a Gənclər Fondundan bildirilib.

Eyni zamanda qeyd edilib ki, Gənclər Fondu tərəfindən hər il təşkil edilən Sosial Müdafiəyə Ehtiyacı olan İstedadlı Tələbələrin Təhsil Xərcinin qarşılanması üzrə Müsabiqəyə bu il may birinci yarısında start veriləcək.

Fond fəaliyyətini onlayn qaydada davam etdirir və gənclər və gənclər təşkilatları ilə ünsiyyəti internet resursları vasitəsilə (sosial şəbəkə səhifələri, elektron-poçt, Fondun elektron-xidmətlər bölməsi və GəncApp mobil aplikasiyası) həyata keçirməkdədir.

Sizin Reklam Yeriniz