news Image
2013.07.08
10:34
| A A A
Orta məktəb məzunlarına şəhadətnamə və attestatların verilməsinə başlanılıb

Təhsil Nazirliyi orta məktəb məzunlarına şəhadətnamə və attestatların verilməsi prosesinə nə vaxtdan başlandığı və bunun nə vaxtadək davam edəcəyi ilə bağlı sualı cavablandırıb.

 

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş şagirdlərə dövlət nümunəli təhsil sənədlərinin - şəhadətnamə və attestatların verilməsi prosesinə başlanılıb. Bu proses hazırda davam etməkdədir. Bu il neçə nəfər şagirdin təhsil sənədi ilə təmin olunması barədə dəqiq məlumat isə proses başa çatdıqdan sonra məlum olacaq.

 

2012-2013-cü tədris ili üzrə keçirilən buraxılış imtahanlarında IX və XI sinif şagirdlərinin statistik göstəricilərinə gəlincə, Təhsil Nazirliyindən verilən cavabda qeyd olunur ki, orta ümumtəhsil məktəblərinin IX-XI siniflər üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparıldığından, məlumatın ilk mənbədən alınması prinsiplərini əsas götürərək TQDK-ya müraciət etmək xahiş olunub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs