Əlaqə Arxiv
news Image
2020.03.29
14:51
| A A A
DANX onlayn müşavirələr keçirir

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatının (DANX), onun tabeli və yerli qurumlarının əməkdaşlarının iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə onlayn rejimdə iclas və müşavirələrin, audio və videokonfrans formatında keçirilməsinə başlanılıb.

DANX-dan Mövqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi tabeli qurumları, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatı və 11 regional bölməsi mövcuddur.

Vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər də zərurət olduğu təqdirdə onlayn rejimdə işə cəlb olunacaq. Bu məqsədlə bütün əməkdaşların fərdi kömpüter və mobil telefonlarına distant müzakirələrə icazə verən müavfiq proqram təminatı əlavə edilib.

Sizin Reklam Yeriniz