Əlaqə Arxiv
news Image
2020.03.29
16:28
| A A A
Səbaildə sakinlərlə maarifləndirmə tədbirləri həyata keçirilib (FOTO)

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Badamdar qəsəbəsində Səbail Rayon İcra hakimiyyətinin (RİH) başçısı Vuqar Zeynalov və Səbail Rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.

RİH-dən Mövqe.az-a bildirilib ki, söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tapşırılıb.

Bununla yanaşı, Səbail rayon Polis İdarəsinin Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

Sizin Reklam Yeriniz