Əlaqə Arxiv
news Image
2020.03.29
18:39
| A A A
Bakıda avtobus qəzası nəticəsində yola dəyən ziyan aradan qaldırılır (FOTO)

“Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mövqe.az-a verilən məlumata görə, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aradan qaldırılır.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Sizin Reklam Yeriniz