Əlaqə Arxiv
news Image
2013.07.08
13:55
| A A A
Yasamalda DSMF-nin yeni inzibati binası açılıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayon şöbəsinin yeni inzibati binası əhalinin istifadəsinə verilib.

 

Fondun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, toplantıda DSMF sədri Səlim Müslümov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirak ediblər.

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri S.Müslümov bildirib ki, avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlər tamamlanmaq üzrədir: "Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir".

 

DSMF sədri işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların uçota alınması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğunu vurğulayıb.


Sizin Reklam Yeriniz