Əlaqə Arxiv
news Image
2020.03.31
09:38
| A A A
Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Myanmada koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” "Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölən 69 yaşlı kişidir. O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 

Beləliklə, bu, Myanmada qeydə alınan koronavirusdan ilk ölüm faktıdır.

Qeyd edək ki, Myanmada koronavirusa ilk yoluxma faktı martın 24-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 785 000-i ötüb. Bunların 165 660 nəfəri sağalıb, 37 820 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Sizin Reklam Yeriniz