Əlaqə Arxiv
news Image
2020.04.01
18:47
| A A A
Zabit və gizirlər üçün yaşayış binası inşa olunur

Şahbuz şəhərindəki hərbi şəhərcikdə zabit və gizir ailələri üçün yeni yaşayış binasının inşasına başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda binanın təməlində tikinti işləri davam etdirilir. 44 mənzilli yaşayış binası 5 mərtəbədən ibarət olacaq. İki, üç və dörd otaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, mebel dəstləri və digər ev əşyaları ilə təmin ediləcək.

Binanın zirzəmisində isə müxtəlif təyinatlı mağazalar, anbarlar, tədbirlər zalı və digər xidmət sahələri yaradılacaq.

Qeyd edək ki, hərbi şəhərcikdə əvvəlcədə 5 mərtəbədən ibarət yaşayış binası inşa olunaraq zabit və gizir ailələrinin istifadəsinə verilib.

Sizin Reklam Yeriniz