Əlaqə Arxiv
news Image
2020.04.01
17:38
| A A A
Siyəzəndə kimsəsiz insanlara yardımlar edilir, xüsusi karantin rejiminə nəzarət gücləndirilir (FOTO)

Siyəzəndə kimsəsiz insanlara yardımlar edilir, xüsusi karantin rejiminə nəzarət gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübariz tədbirləri çərçivəsində rayon və kəndlər ərazisində yaşayan kimsəsiz və aztəminatlı sakinlərin qayğılarına qalaraq, vətəndaş mövqeyi sərgiləyiblər.

Bütün ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan qayğıkeş polislərimiz, qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə ediblər. Hər bir sakinə müstəqil dövlətimiz tərəfindən soydaşlarımızın sağlamlığın təmin olunması istiqamətində görülən tədbirlərdən danışan əməkdaşlar, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar. Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər.

Həmçinin RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq
olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65
yaşdan yuxarı insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları
bir daha izah olunmaqla yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Bu tədbirlərdən əlavə, DYPB-nin inspektorları tərəfindən rayonun giriş və
çıxışlarında yaradılmış müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir
rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq
avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

Sizin Reklam Yeriniz