Əlaqə Arxiv
news Image
2020.04.02
12:25
| A A A
Azərbaycanda 30 minə yaxın şəxs koronavirus testindən keçib

"İndiki testlər Almaniya istehsalı olanlardır. Bu da həm maliyyə, həm də vaxt tələb edir".

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, bu günə qədər ölkədə 30 minə yaxın şəxs test edilib.

O əlavə edib ki, bütün günü karantin rejimində olan xəstələrin şikayət etməməsi üçün çalışır:

"Karantin yerləri istirahət mərkəzləri deyil. Bizə də rahat olar ki, hər kəsin evində müalicə olunmasını istəyək. Ancaq bu tibbi baxımından düzgün deyil. Ona görə də hər kəs karantin qaydalarına ciddi əməl etsinlər".

Sizin Reklam Yeriniz