Əlaqə Arxiv
news Image
2020.04.03
18:57
| A A A
Bu ölkədə qadınlar və kişilər ayrı günlərdə çölə çıxacaqlar

Cənubi Amerika ölkəsi Peruda “Covid-19” böhranın qarşısını almaq üçün yeni bir tənzimləmə tətbiq edilib. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Peru Prezidenti Martin Vizcarra, mətbuat konfransında yeni koronavirus tədbirlərini açıqlayıb.
Vizcarra, küçədəki insanların sayını azaltmaq üçün yeni tədbirlər irəli sürüb. 

Belə ki, Peruda qadınlar və kişilər əsas ehtiyacları üçün fərqli günlərdə çölə çıxacaqlar.Çərşənbə axşamı, şənbə günləri və bazar ertəsi kişilər, çərşənbə, cümə və cümə axşamı günlərində isə  qadınların çölə çıxmalarını təşkil etdiklərini bildirib. 

Bazar günü çıxmaq hər kəs üçün qadağan olduğu qeyd olunub.

Bildirək ki, indiyə kimi Peruda koronavirus səbəbi ilə 55 nəfər həyatını itirib, 1414 nəfərdə isə yoluxma halı baş verib.

Sizin Reklam Yeriniz