Əlaqə Arxiv
news Image
2013.07.09
13:12
| A A A
Magistraturaya qəbul olanların qeydiyyatı 2 gündən sonra başa çatır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrlara növbəti dəfə müraciət edib.


TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı 2 gündən sonra başa çatır. İyulun 3-dən başlayan və iyulun 12-dək davam edən bu proses nəticəsində bakalavrlar tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Magistraturaya qəbul olanların qeydiyyat müddəti iyulun 12-də başa çatır. Bakalavrın həmin müddətədək qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

 

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir. Ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə isə əlavə qəbul avqustun əvvəllərində aparılacaq.


Sizin Reklam Yeriniz