Əlaqə Arxiv
news Image
2020.04.03
17:32
| A A A
Saatlıda polis əməkdaşları imkanı zəif olan və tənha yaşayan insanlara ərzaq yardımı ediblər

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısınının vaxtında alınması üçün polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, polis əməkdaşları sakinlərin çölə çıxmalarının minimuma endirilməsi istiqamətində vətəndaşlara ərzaq yardımlarını davam etdirirlər.

Belə ki, Saatlıda polis əməkdaşları maddi imkanı zəif olan sakinlərə və tənha yaşayan yaşlı insanlara, eləcə də Milli Qəhrəman Elşən Hüseynovun ailə üzvlərinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verərək onlara evdə qalmaqlarının mühüm əhəmiyyət kəsb etdiyini bir daha izah ediblər.

Sizin Reklam Yeriniz