news Image
2013.07.09
15:48
| A A A
Əmək pensiyalarının təyinatı üzrə avtomatlaşdırılmış sistem işə salınır

Yaxın günlərdə yaşa görə əmək pensiyalarının təyinatı üzrə avtomatlaşdırılmış sistem işə salınacaq. Mövqe.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.


Müslümov qeyd edib: "Bütün müvafiq infrastruktur hazırdır və biz bu həftə onun işə salınmasını gözləyirik. Avtomatik yolla pensiyası hesablanan hər bir vətəndaşa özündə hesablama tarixini, pensiya məbləğini və vətəndaşın öz plastik kartını əldə edəcəyi bank filialı haqqında məlumatların əks olunduğu xüsusi məktub göndəriləcək".

Bu gün DSMF-də icbari sosial sığorta ödəyicisi olan 2,58 milyon nəfər üçün fərdi hesablar açılıb.

Azərbaycanda pensiya iki hissədən ibarətdir: baza və sığorta. Pensiyanın baza hissəsi 85 manat təşkil edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs