Əlaqə Arxiv
news Image
2020.04.07
16:47
| A A A
FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Mövqe.az xəbər verir ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.

Sizin Reklam Yeriniz