Əlaqə Arxiv
news Image
2020.04.08
22:37
| A A A
Kanadada koronavirusdan ölənlərin sayı 400-ü ötdü

Kanadada qeydə alınmış koronavirus hallarının sayı 18 433-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virus qurbanlarının sayı 401 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 455 000-i ötüb. Bunların 309 825 nəfəri sağalıb, 83 666 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sizin Reklam Yeriniz