Əlaqə Arxiv
news Image
2020.04.09
21:56
| A A A
İsveçdə bir sutkada koronavirusdan ölənlərin sayı 100-ü keçib

İsveçdə koronavirusa yoluxanların sayı 8 419-dan 9 141 nəfərə çatıb.

Mövqe.az TASS-a istinadən xəbər verir ki, məlumatı İsveç Səhiyyə Nazirliyi yayıb. 

Bildirilib ki, son sutkada 106 nəfər pandemiyanın qurbanı olub və bununla da ölənlərin sayı 793-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 532 000-i ötüb. Bunların 337 471 nəfəri sağalıb, 89 716 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sizin Reklam Yeriniz