Əlaqə Arxiv
news Image
2020.04.10
15:28
| A A A
Koronavirusdan iki Avropa ölkəsi bir gündə çökdü

İspaniyada koronavirusa yoluxanların sayında kəskin artım var.

Publika.az xəbər verir ki, son sutka ərzində 3 min 800 yeni yoluxma faktı aşkarlanıb.

Bununla da ölkə miqyasında koronavirus xəstələrinin sayı 157 min 22-yə çatıb.

Daha 396 nəfərin ölümü ilə dünyasını dəyişənlərin sayı 15 min 843 olub.

Bundan başqa, Belçikada da vəziyyət gərginləşib.

1 684 yeni yoluxma faktının aşkarlanması ilə infeksiya daşıyıcılarının sayı 26 min 667 olub. 496 nəfər dünyasını dəyişib və ölüm sayı 3 min 19-a çatıb.

Son 24 saatda dünyada 11 min 206 yeni yoluxma faktı qeydə alınıb. 1 099 nəfər dünyasını dəyişib.

Sizin Reklam Yeriniz