Əlaqə Arxiv
news Image
2020.04.11
11:48
| A A A
Bakıda yaşıllıq ərazilərə qulluq olunur

Karantin günlərində paytaxtda yaşıllıqlara qulluq göstərilir.

Bu barədə Mövqe.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərində koronavirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilir:

"Ötən il paytaxtın bütün rayonlarında yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları ilə yanaşı, idarə, təşkilat, ictimai-iaşə və digər obyektlərin qarşısında həmin əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb. Hazırda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan və bir çox təşkilat və obyektlərdə çalışanların evdə qalmaları səbəbindən bu yaşıl guşələr qulluqdan kənarda qalıb. Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Bakı şəhər və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə gündəlik qulluq göstərir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır. Əlavə olaraq, yaşıllıq guşələrində yeni mövsümi güllər əkilir, kollar budanır, qaydaya salınır".

Sizin Reklam Yeriniz