Əlaqə Arxiv
news Image
2020.04.11
13:24
| A A A
Masallının mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarət ediblər

Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilmiş hərəkət məhdudiyyəti rejimində mədəniyyət işçiləri də yaşlı, tənha yaşayan, eləcə də sağlamlıq problemləri olan keçmiş həmkarlarına baş çəkir, qayğıları ilə maraqlanırlar.

Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Masallı rayonunun Sığdaş kəndində yerləşən kənd kitabxanasında uzun illər kitabxanaçı kimi fəaliyyət göstərmiş Hacı Dadaş Məmmədovu öz evində ziyarət edib, ona ərzaq məhsulları aparıblar.

Qeyd edək ki, D. Məmmədov kitabxanaçılıq fəaliyyəti ilə yanaşı, rayonda ədəbiyyata xüsusi marağı, o cümlədən ədəbii-bədii yaradıcılıqla məşğul olan mədəniyyət işçisi kimi tanınır: şair — publisist, neçə — neçə kitabların müəllifidir. Bütün şeirlərində ölkəmizi, Masallını, onun füsunkar təbiətini, adamlartının sevgisini, xeyirxahlığı vəsf edir...

Ömrün ixtiyar çağında, 86 yaşını yaşayan D.Məmmədov deyir ki, müstəqil ölkəmizdə yaşayıb-yaratmaq xoşdur. Ölkə rəhbərinin qayğısı ilə regionlar gülüstana dönüb. Masallıda da son illər görülən abadlıq-quruculuq işləri bizi sevindirir. Doğma kəndim Sığdaşa dağlar qoynundan su çəkilməsi, kənd yollarının abadlaşdırılması, qaz çəkilməsi hamımızın qəlbindəndir.
Aşağıda şair Dadaş Məmmədovun poeziya nümunələrini təqdim edirik:
 
 
Şöhrəti salıbdır dünya soraq,

Gözəllik tutubdur hüsnünə çıraq,

Başının üstündə üçrəngli bayraq

Qəlbimdir, canımdır, gözümdür Vətən.

 

Dadaşam, xoş sözdən hördüm şeirimi,

Neçə kitablarda gördüm şeirimi,

Ellərə ərmağan verdim şeirimi,

Şeirdən bağ salan heç qocalarmı?

 

Vətən, canım kimi sevirəm səni.

Torpağın canımdır, daşın canımdır,

Köksündə çağlayan, daşan Araz, Kür,

Canında qaynayan qaynar qanımdır.

 
Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz