Əlaqə Arxiv
news Image
2020.04.11
18:24
| A A A
Son on gündə e-sosial.az portalına daxilolmaların sayı açıqlandı

Pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə sosial məlumatlara və bu sahələr üzrə elektron xidmətlərə çıxış imkanı yaradan e-sosial.az portalına son 10 gündə 17,5 milyon baxış qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytına baxış sayı da son 10 gündə 6,3 milyon olub.

Nazirliyin 142-Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışır. Son 10 gündə Çağrı Mərkəzinə 58 min zəng daxil olub. Sosial dəstək tədbirləri, habelə əmək, məşğulluq, sosial təminat, tibbi-sosial reabilitasiya və s. ilə bağlı vətəndaş müraciətləri cavablandırılıb.

Sizin Reklam Yeriniz