Əlaqə Arxiv
news Image
2013.07.10
15:33
| A A A
Gənc alimlər üçün yaşayış binaları tikiləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın binanın tikilməsi nəzərdə tutulur. Mövqe.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə AMEA-nın gənc alimlərin ümumi yığıncağında çıxış edərkən deyib.


Onun sözlərinə görə, Azərbaycanda gənc alimlərin mənzil problemləri məsələsinin həll olunması istiqamətində xüsusi sərəncamın imzalanması gözlənilir.


Prezident İlham Əliyevlə görüşərkən alimlərin mənzil məsələsini də müzakirə etdiklərini deyən A.Əlizadə qeyd edib ki, dövlət başçısı alimlərimizin mənzil probleminin həlli ilə bağlı AMEA-nın verdiyi təklifə müsbət yanaşıb: "Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Bununla bağlı yaxın gələcəkdə xüsusi sərəncamın imzalanması gözlənilir".

Sizin Reklam Yeriniz