Əlaqə Arxiv
news Image
2020.04.12
21:04
| A A A
Türkiyədə son sutka ərzində koronavirusdan 97 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 97 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib, 481 nəfər sağalıb.

Mövqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1198 nəfərə çatıb.

Ölkədə 4 789 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 56 956 nəfərə yüksəlib.

Onun sözlərinə görə, intubasiya edilmiş xəstələrin sayında azalma müşahidə olunur.

Sizin Reklam Yeriniz