Ermənistanda fövqəladə vəziyyətin müddəti uzadıldı
Ermənistanda koronavirus epidemiyası ilə əlaqədar elan olunan fövqəladə vəziyyətin müddəti uzadılıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə qərar hökumətin növbədənkənar iclasında qəbul edilib.
Qərara əsasən, martın 16-da elan edilmiş fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.
Əvvəlki qərara əsasən, ölkədə fövqəladə vəziyyət aprelin 14-də bitməli idi.
Qeyd edək ki, bu günədək Ermənistanda 1 039 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.