Əlaqə Arxiv
news Image
2020.04.13
15:17
| A A A
Yaponiyada koronavirusa qarşı dərman tapıldı

Yaponiyalı həkimlər orqanizmdə koronavirusun yayılmasının qarşısını alan dərman tapmağa nail olublar. Bu, İİÇV-infeksiyasının müalicəsi zamanı istifadə olunan nelfinavir preparatıdır.

Unikal.org xəbər verir ki, azərtac bu barədə “MedikForum”a istinadla məlumat yayıb. 

Alimlər dərmanın təsiredici maddəsinin COVID-19 virusuna reaksiyasını təhlil ediblər və törədicinin replikasiya fəallığının azalmasını aşkarlayıblar. Onların fikrincə, bu dərmanın koronavirus xəstələrinə təsirini hələ testləşdirmək lazımdır, lakin preparat risk qrupunda olan bir çox pasiyentlərin xilası ola bilər.

Aprelin 12-nə olan məlumata görə, dünyada bu qorxulu xəstəliyə 1,7 milyondan çox insan yoluxub.

Sizin Reklam Yeriniz