Əlaqə Arxiv
news Image
2020.04.13
16:30
| A A A
Gənclər Fondu koronavirusla bağlı maarifləndirmə aparır

Gənclər Fondu və UNICEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilib.

Fonddan Mövqe.az-a verilən məlumata görə, bu çərçivədə virtual sosial platformalardan istifadə etməklə müxtəlif tipli media məhsulları vasitəsilə ictimaiyyətin COVID-19 virusu, onun yayılmasının qarşısının alınması və sosial təcridin əhəmiyyəti haqqında məlumatlandırma işlərinin, habelə sosial təcrid vəziyyətində mümkün gərginliyinin azaldılması ilə bağlı məqsədli layihələrin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi və zehni sağlamlığının ardıcıllığının təmin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, gənclər üçün multimedia məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və müxtəlif növ proqramlar da həyata keçiriləcək.

Könüllülərin iştirakı ilə maarifləndirmə tədbirlərinin, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və beynəlxalq təşkilatların tövsiyələri əsasında tərtib ediləcək maarifləndirmə materiallarının paylanılması da nəzərdə tutulur.

Sizin Reklam Yeriniz