Əlaqə Arxiv
news Image
2013.07.10
16:49
| A A A
Dünyada aclıq təhlükəsi

40 ildən sonra Yerdə aclıq hökm sürəcək

Sosioloqların proqnozuna görə, 2050-ci ildə Yerdə qida ehtiyatı tükənəcək. Həmin ildə planetdə əhalinin sayı 2,5 milyard nəfər artaraq 9,6 milyard nəfərə çatacaq.

Qida çatışmazlığının ilk olaraq Çin və Hindistanda hiss ediləcəyi proqnozlaşdırılır. Dünyada aclığın qarşısını almaq üçün meşə zolaqlarında taxıl əkilməsinin vacibliyi göstərilir.

Sosioloqlar dünyada aclığın qarşısnı almaq bir-sıra vacib şərtləri önə çəkirlər. Onlar bioyanacaqdan imtina etmək, meyvə-tərəvəzlərin məhsuldarlığını artırmaq, insanların qida rasionunda mümkün qədər ət məmulatlarından istifadəni azaltmaq və qida israfını mümkün qədər minimuma endirməyin vacib olduğunu bildirirlər.

Sizin Reklam Yeriniz